Xəzər rayonunda “Heydər Əliyev və Azərbaycan tarixi” adlı elmi-praktiki konfrans keçirilib
01.04.2024-cü il tarixdə Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü və Xəzər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Mərdəkan qəsəbəsində yerləşən S.Rüstəm adına Xarici Dillər Təmayüllü gimnaziyada “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda elmi-praktik konfrans keçirilmişdir. Konfransda Xəzər Rayon İcra Hakimiyyəti başçısının müavini Lalə Əhmədova, Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin əməkdaşları Könül Əfəndiyevə və Sima Allahverdiyeva, Xəzər Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülbala Qurbanov, RİHB Aparatının əməkdaşları, konfransın rayon mərhələsinin qalibləri, təhsil aldıqları məktəblərin direktorları və elmi rəhbərləri iştirak etmişdirlər.
İlk olaraq tədbir iştirakçıları gimnaziyanın foyesində təşkil olunmuş sərgi ilə tanış olan qonaqlar, məktəbin şəhidləri üçün yaradılmış guşəni ziyarət etdilər. Konfrans Azərbaycan Respublikasının Dövlət Himni və Ulu öndər Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlandı. Xəzər Rayon İcra Hakimiyyəti başçısının müavini Lalə Əhmədova konfrans iştirakçılarını salamlayaraq “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda keçirilən referat müsabiqəsinin şərtləri və mərhələləri barədə geniş məlumat verdi və rayon mərhələsində iştirak hüququ qazanan məktəbliləri referatların təqdimatı üçün səhnəyə dəvət etdi. 5 mövzu üzrə hazırladıqları referatları konfrans iştirakçılarına təqdim edən şagirdlər çıxışlarının sonunda onlara yaradılan şəraitə görə təşəkkürlərini bildirdilər.
Şagirdlərin təqdimatı bitdikdən sonra söz qonaqlara verildi. Çıxış edən qonaqlar keçirilən konfransın əhəmiyyətindən bəhs edərək, konfransın böyüməkdə olan gənc nəslin vətənpərvər ruhda tərbiyəsinə, eyni zamanda şagirdlərdə sərbəst işləmə, tarixi faktlara söykənərək şəxsi düşüncələri əsasında araşdırma aparma bacarıqlarının formalaşmasına müsbət təsir göstərəcəyini qeyd etdilər.
Konfransda Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin əməkdaşı Könül Əfəndiyevə çıxış edərək, konfransın keçirilməsinin məqsədindən, savadlı, istedadlı, vətənpərvər şagirdlərin üzə çıxarılmasında belə tədbirlərin əhəmiyyətindən danışdı.
Sonda konfransda iştirak etmiş şagirdlərə RİH başçısının təşəkkürnamələri təqdim olundu, xatirə şəkli çəkildi.