Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda “Heydər Əliyev İli” çərçivəsində keçirilmiş yaradıcılıq festivallarının, müxtəlif nominasiyalar və müsabiqələrin qaliblərinin mükafatlandırılmasına həsr olunmuş tədbir keçirildi

26 dekabr 2023 | 16:46

   Tədbirdə giriş sözü ilə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov bildirib ki, hər bir dövlətin bir dövlət olaraq formalaşmasında, millətin millətlər sırasında mətin dayanmasında böyük şəxsiyyətlərin rolu danılmazdır. Biz xoşbəxt xalqıq ki, Allah tərəfindən bizə Heydər Əliyev kimi dahi şəxsiyyət, xilaskar ruhlu bir rəhbər bəxş edilmişdir. Azərbaycanın ən yeni tarixinin bütöv bir dövrü Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. “Heydər Əliyev ili” çərçivəsində çoxsaylı tədbirlərin, konfransların baş tutması Ulu Öndərin xatirəsinə bəslənən tükənməz sevgi və ehtiramdan xəbər verir. Öz həyatını Vətəninə və xalqına bəxş etmiş Heydər Əliyevin zəngin və mənalı ömrünün hər günü bir dastandır deyə vurğulayan RİH başçısı, bu ömrü bir ilə sığdırmağın qeyri-mümkün olduğunu,      Azərbaycan xalqı yaşadıqca Heydər Əliyev dühasının da daim var olacağını qeyt etdi.
Daha sonra YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov çıxışında Heydər Əliyevin öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından necə uğurla çıxardığını və davamlı yüksəliş yolunda inamla irəliləyən müasir    Azərbaycanın Onun həyat amalının əsas qayəsi olduğunu tədbir iştirakçılarına çatdırmışdır. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. İllər, əsrlər keçsə belə xalqımız öz xilaskarını unutmayacaq, Heydər Əliyevin əziz xatirəsi daim qəlblərdə yaşayacaq deyə çıxışını yekunlaşdırmışdır.
    Rəsmi çıxışlardan sonra “Heydər Əliyev İli” çərçivəsində rayonda keçirilən  müxtəlif idman turnirlərində, festival və müsabiqələrdə qalib olan, rayonun ictimai işlərində fəalliyyəti ilə fərqlənən  şəxslərə RİH başçısının Fəxri    Fərman və təşəkkürnamələri, həmçinin dəyərli hədiyyələri təqdim edildi, xatirə şəkli çəkildi.
    Sonda tədbir iştirakçıları dahi şəxsiyyət Heydər Əliyevin həyat və fəaliyyətinə  həsr olumuş “Liderin ürəyi” adlı    sənədli filmə tamaşa etdilər.  

Keçidlər