Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda ərazi mülki müdafiə qüvvələri ilə təlim-məşq toplantısı təşkil olunub

04 aprel 2026 | 12:52

  03 aprel 2026-cı il tarixində Xəzər rayonunda ərazi mülki müdafiə qüvvələrinin cəlb olunması ilə xəbərdarlıq toplanışı üzrə təlim-məşq keçirilib. Təlimdə Xəzər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Elşən Qurbanov, Xəzər rayon Fövqəladə Hallar və Mülki Müdafiə şöbəsinin rəisi, hüquq-mühafizə orqanlarının, səhiyyə müəssisələrinin, idarə və təşkilatların əməkdaşları, həmçinin rayonun ərazi mülki müdafiə qüvvələri iştirak ediblər.
    Təlim-məşqin keçirilməsində məqsəd rayon ərazi mülki müdafiə dəstələrinin fövqəladə hallara operativ reaksiya vermə üzrə hazırlıq səviyyəsinin yoxlanılması, fövqəladə hal şəraitində birgə fəaliyyətin uzlaşdırılması, fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqanlarının və qüvvələrinin idarə edilməsi üzrə bilik və bacarıqlarının təkmilləşdirilməsi, məşqin təşkili və keçirilməsi, eləcə də iştirakçılara işçi sənədlərin hazırlanması üzrə bacarıq və vərdişlərin aşılanması olub.

Keçidlər