Xəzər rayonunda ərazi mülki müdafiə qüvvələri ilə xəbərdarlıq toplanışı üzrə təlim-məşq keçirilib
25 sentyabr 2026-cı il tarixində Xəzər rayonunda ərazi mülki müdafiə qüvvələri ilə xəbərdarlıq və toplanış üzrə təlim-məşq keçirilib.
Təlim-məşqdə Xəzər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Elşən Qurbanov, Xəzər rayon Fövqəladə Hallar və Mülki Müdafiə şöbəsinin rəisi, hüquq-mühafizə orqanlarının, səhiyyə müəssisələrinin, idarə və təşkilatların əməkdaşları, həmçinin rayonun ərazi mülki müdafiə qüvvələri iştirak ediblər.
Təlim-məşqin keçirilməsində məqsəd rayonun ərazi mülki müdafiə dəstələrinin fövqəladə hallara operativ reaksiya verməyə hazırlıq səviyyəsinin yoxlanılması, fövqəladə hal şəraitində birgə fəaliyyətlərinin uzlaşdırılması, fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə olunması üzrə bilik və bacarıqlarının təkmilləşdirilməsi, həmçinin məşqin təşkili və keçirilməsi, işçi sənədlərin hazırlanması üzrə bacarıq və vərdişlərin aşılanması olub.






