Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda ərazi mülki müdafə qüvvələri ilə xəbərdarlıq toplanış üzrə təlim məşq toplantısı keçirildi

02 aprel 2024 | 15:12

  02 aprel 2024-cü il tarixində Xəzər rayonunda ərazi mülki müdafə qüvvələri ilə xəbərdarlıq toplanış üzrə təlim məşq toplantısı keçirilib.
Təlimdə Xəzər Rayon İcra Hakimiyyəti başçısının I müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Elşən Qurbanov, RİH başçısı Aparatının şöbə müdirləri, Xəzər rayon Fövqəladə Hallar və Mülki müdafiə şöbəsinin rəisi Vüsal Fətullayev, hüquq mühafizə orqanlarının, səhiyyə, idarə müəssisələrinin əməkdaşları və rayon ərazi qüvvələri iştirak ediblər.
    Təlim-məşqinin keçirilməsində məqsəd rayon ərazi mülki müdafiə dəstələrinin fövqəladə hallara operativ reaksiyavermə üzrə hazırlıq səviyyəsinin yoxlanılması, fövqəladə hal şəraitində birgə fəaliyyətlərinin uzlaşdırılması, fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsi üzrə bilik və bacarıqlarının təkmilləşdirilməsi, məşqin təşkili və keçirilməsi, eləcə də onlara işçi sənədlərin hazırlanması üzrə bacarıq və vərdişlərin aşılanması olub.
     Təlimə 285 nəfər şəxsi heyət və 49 ədəd texnika cəlb olunmuşdur.

Keçidlər