Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda Əməkdar məşqçi Firuddin Qurbanovun 80 illilk yubileyi qeyd olunub

02 noyabr 2026 | 09:22

    30 oktyabr 2026-cı il tarixində Xəzər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Xəzər Gənclər Evində Əməkdar məşqçi, rayon ağsaqqalı Firuddin Qurbanovun 80 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

   Tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Azərbaycan İdman Akademiyası rektorunun müşaviri, Olimpiya çempionu Fərid Mansurov, rayon ağsaqqalları, rayonun fəal gəncləri, idmançılar və ictimaiyyət nümayəndələri iştirak ediblər.

    Tədbiri giriş sözü ilə açan Xəzər rayon gənclər və idman sektorunun müdiri Gündüz Vəliyev yubilyarın idman sahəsindəki fəaliyyətindən, gənc nəslin fiziki və mənəvi inkişafına verdiyi töhfələrdən bəhs edib.

     Daha sonra çıxış edən Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov Firuddin Qurbanovu yubileyi münasibətilə təbrik edərək, onun uzunillik məşqçilik fəaliyyətini, Azərbaycan idmanının inkişafında, sağlam və vətənpərvər gəncliyin yetişdirilməsində xidmətlərini yüksək qiymətləndirib. O qeyd edib ki, ömrünü idmana və gənc nəslin yetişdirilməsinə həsr edən təcrübəli məşqçilərin fəaliyyəti gələcək nəsillər üçün örnəkdir.

      Tədbirdə çıxış edən YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Olimpiya çempionu Fərid Mansurov və digər natiqlər yubilyarın keçdiyi şərəfli həyat yolundan, idman sahəsindəki xidmətlərindən və gənc idmançıların formalaşmasında oynadığı mühüm roldan söz açaraq, ona möhkəm cansağlığı, uzun ömür və gələcək fəaliyyətində uğurlar arzulayıblar.

      Daha sonda çıxış edən yubilyar Firuddin Qurbanov ona göstərilən diqqət və ehtirama, ünvanına səsləndirilən xoş sözlərə görə təşkilatçılara və tədbir iştirakçılarına minnətdarlığını bildirib.

      Tədbirin sonunda F.Qurbanova Xəzər RİH başçısının Fəxri Fərmanı təqdim olunub, xatirə fotosu çəkilib.

Keçidlər