Xəzər rayonunda əmək yarmarkası keçirilmişdir
07 avqust 2023 | 16:28
Xəzər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Bakı Regional Məşğulluq filialı tərəfindən 04 avqust 2023-cü il tarixində əmək yarmarkası keçirilmişdir.
Əmək yarmakasında işsiz və işaxtaran şəxslərə 10 müəssisə tərəfindən 331 vakansiya üzrə müxtəlif vəzifələr (əməkhaqqı 350-1400 manat aralığında olmaqla) təqdim olunmuşdur.
İşəgötürənlər tərəfindən vakansiyalara müraciət edən şəxslərin CV-ləri qəbul edilərək nəzərdən keçirilmiş, uyğun namizədlər növbəti mərhələyə dəvət olunmuşlar.