Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda daha bir ərazidə yerüstü piyada keçidi inşa edilir

13 oktyabr 2022 | 15:25

   Dövlət başçısının tapşırığına uyğun olaraq, vətəndaşların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçməsinin təmin etmək məqsədi ilə Xəzər rayon ərazisində daha bir yerüstü piyada keçidi inşa edilir.

   Yeni yerüstü piyada keçidi piyadaların avtomobil yolunu keçməsində problem yaşanan ərazidə, Mərdəkan-Zağulba avtomobil yolunun 8-ci km-də tikilir.   

   Layihə üzrə keçidin uzunluğu 53.4 metr, daxili eni 3.5 metr,pilləkən və pandusların eni 1.35 metrdir. 

   Yol səviyyəsindən hündürlüyü 5.5 metr təşkil edən keçid üstüaçıq və torşəkilli metal konstruksiyadan ibarət olacaq. 

Hazırda keçiddə özül svaylarının vurulması işləri aparılır.

   İki giriş-çıxışdan ibarət olması nəzərdə tutulan keçiddə fiziki məhdudiyyətli insanların rahat hərəkətini təmin etmək üçün beynəlxalq standartlara uyğunoval tiplipiyada panduslarıquraşdırılacaq. 

  Layihə çərçivəsində yolun hər iki tərəfində yeni avtobus ciblikləri, avtobus dayanacağının, keçidin istismarına nəzarət edən işçilər üçün nəzarət otağının tikintisi, piyada keçidinin ətrafında abadlaşdırılma işlərinin görülməsi nəzərdə tutulub. 

Keçidlər