Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda “Bilik günü” qeyd olundu

15 sentyabr 2026 | 17:14

Yeni 2026-2027-ci tədris ilinin başlanması münasibətilə 15 sentyabr 2026-cı il tarixində Xəzər rayonunun təhsil müəssisələrində silsilə “Bilik Günü” tədbirləri keçirilib.

Tədbirlərdə Xəzər Rayon İcra Hakimiyyəti başçısının müavinləri və məsul əməkdaşları, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları, məktəb rəhbərliyi, müəllimlər, şagirdlər və valideynlər iştirak ediblər.

Tədbirlər Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb, daha sonra Vətənimizin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirlərdə çıxış edən qonaqlar yeni tədris ilinin başlanması münasibətilə müəllim və şagirdləri təbrik edərək, onlara uğurlar arzulayıblar. Çıxışlarda ölkəmizdə təhsil sahəsində əldə olunan uğurların Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi təhsil siyasətinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin, eləcə də Birinci vitse-prezident Mehriban Əliyevanın təhsilin inkişafına göstərdiyi diqqət və qayğının bariz nəticəsi olduğu xüsusi vurğulanıb.

Tədbirlərin sonunda məktəblilərin hazırladıqları bədii kompozisiyalar, şeirlər, məktəb həyatına və vətənpərvərlik mövzusuna həsr olunmuş mahnılar, həmçinin milli rəqslər nümayiş etdirilib. Rəngarəng və maraqlı çıxışları ilə diqqət çəkən birincilər yeni tədris ilinə yüksək əhval-ruhiyyə ilə başlayıblar.

Yeni tədris ilinin başlanması münasibətilə bütün təhsil işçilərini, müəllimləri, şagirdləri və valideynləri bir daha təbrik edir, onlara uğurlar və yeni nailiyyətlər arzulayırıq.

Keçidlər