Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda “Anım Günü” ərəfəsində şəhid ailələri ziyarət olunur

26 sentyabr 2023 | 09:15

  Ölkə başçısının tapşırıqlarına uyğun olaraq respublikamızın bütün bölgələrində olduğu kimi Xəzər rayonunda da torpaqlarımızın işğaldan azad edilməsi və ərazi bütövlüyümüzün təmin edilməsi uğrunda gedən döyüşlər zamanı qəhərmancasına şəhid olmuş şəxslərin ailələrinə diqqət və qayğı göstərilir.
  27 Sentyabr “Anım günü” ərəfəsində Xəzər RİH başçısı Elşən Salahov, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, RİH başçısı Aparatının şöbə müdirləri tərəfindən ölkəmizin ərazi bütövlüyü, suverenliyi və tarixi torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə canlarından keçmiş şəhid Şirvani Həsənağa Bəhruz oğlunun, Abdullayev Tural Şakir oğlunun, Əliyev Murad Hüseyn oğlunun, Əhmədov Natiq Namiq oğlunun,  Məmmədov Nahid Vahid oğlunun, Heybətov Ağa Əmi Elçin oğlunun, İsmayılzadə Vüsal Əlbəndə oğlunun, İbrahimli Adil Asəm oğlunun, İman və Bəhrəm Məmmədzadə qardaşlarının ailələri ziyarət edilərək, onları narahat edən məsələlər öyrənilib və həlli nəzarətə götürülüb.
  Görüş zamanı Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə yüksək döyüş qabiliyyəti nümayiş etdirərək Şəhidlik zirvəsinə ucalmış qəhrəman oğullarımızın xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağı qeyd edilib. Həmçinin ordumuz tərəfindən Qarabağdakı erməni terrorçularını zərərsizləşdirmək üçün antiterror əməliyyətlarında qazanılan uğurlardan söhbət açılıb.
  Şəhidlərin ailə üzvləri onlara göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Keçidlər