Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikasının tibbi aksiyası keçirilib

25 aprel 2024 | 15:22

                      Xəzər rayonunda akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikasının tibbi aksiyası keçirilib

 

Xəzər rayonunun Mərdəkan qəsəbəsində akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası tibbi aksiya keçirilmişdir.

Xəzər Rayon İcra Hakimiyyəti və MOM-nin birgə təşkilatçılığı ilə keçirilən tədbir görkəmli alim oftalmoloq, akademik Zərifə Əliyevanın anadan olmasının 101 illiyinə həsr olunub.

Aksiyanın keçirilməsində məqsəd yerlərdə operativ şəkildə pasiyentləri müayinə-müalicə etmək, görmə patologiyasının erkən diqanostikasını aşkar etmək, göz xəstəlikləri ilə bağlı monitorinqlər aparmaq və profilaktik müalicə tədbirləri həyata keçirməkdir.

Aksiya çərçivəsində Vətən müharibəsi şəhidlərinin ailə üzvləri və qazilər, həmçinin  rayonun aztəminatlı sakinləri müayinə olundu.

Xəzər Tibb Mərkəzinin qarşısında davam edən aksiya zamanı 100-dən çox sakinin müayinəsi aparılmışdır.

Səyyar Oftalmoloji Klinikanın müasir səviyyədə olan oftalmoloji muasir texnologiyaları, müxtəlif metodlarla refraktiv anomaliyaları vaxtında düzəldilməsinə və görmə funksiyalarının artırılmasına imkan yaradır.

Gözlərində ciddi problem aşkarlanan pasiyentlərə isə Milli Oftalmologiya Mərkəzinə müraciət etmələri tövsiyə edilmişdir.

 

Keçidlər