Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda abadlıq və quruculuq işləri davam etdirilir

20 sentyabr 2022 | 12:28

   Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstəriş və tövsiyələrinə uyğun olaraq Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Xəzər rayonu ərazisində də küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir.
   Xəzər Rayon İcra Hakimiyyəti və Xəzər Rayon Mənzil Kommunal Təsərrüfat birliyi tərəfindən sakinlərin müraciətləri və yerlərdən olan təkliflər nəzərə alınaraq rayonun Şüvəlan qəsəbənin Lev Starçuk küçəsi, 1,3,5 saylı binaların qarşısındakı məhəllələrdə abadlıq işlərinə başlanılmışdır. Sözügedən məhəllə uzun müddət yığılıb qalmış istifadəsiz materiallardan, bərk məişət tullantılarından təmizlənmiş, binalarının yağış, su navalçaları yenilənmiş, bloklarda yararsız şüşələr yeniləri ilə əvəz olunaraq, giriş qapıları rənglənmişdir. Bundan əlavə, məhəllədəki köhnə bardürlər yenilənmiş, binaların fasad hissələrində suvaq işləri görülmüşdür. Aparılan abadlıq işləri çərçivəsində sutkanın qaranlıq saatlarında məhəllənin işıqlandırılması məqsədilə 5 ədəd yeni elektrik dirəkləri basdırılaraq, işıqlandırma sistemi ilə təchiz olunmuşdur. Hazırda abadlaşdırılması davam edən məhəllədə asfalt çəkilişləri yekunlaşdıqdan sonra yeni ağac və gül kollarının əkilməsi, sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün oturacaqların, söhbətgahların quraşdırılması nəzərdə tutulmuşdur. İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, hazırda rayonun digər qəsəbələrində də abadlıq, quruculuq və yenidənqurma işləri davam etdirilir.
   Görülən abadlıq-quruculuq işlərinin davamı olaraq rayonun Türkan qəsəbəsinin girişində qəsəbənin adını bildirən lövhə təmir edilmiş, ətrafında təmizlik və abadlıq işləri aparılmışdır.

Keçidlər