Xəzər rayonunda abadlıq və quruculuq işləri davam etdirilir
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Xəzər rayonu ərazisində də küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması, işləri uğurla davam etdirilir.
Görülmüş işlər çərçivəsində Hazırda Xəzər rayonu, Mərdəkan qəsəbəsi, S.Yesenin küçəsində piyada səkilərinin kənarlarına səki daşları düzülür, gediş-gəliş hissələrin isə döşəmə piltələrlə üzlənilir. Mərkəzi küçələrdə yol boyu vətəndaşlara məxsus fərdi yaşayış evlərinin divarları və hasarları, həmçinin sahibkarlıq subyektləri də cəlb olunmaqla qeyri-yaşayış obyektlərinin fasad hissələri rənglənir və digər abadlıq və təmizlik işləri həyata keçirilir.
Xəzər rayonunda keçirilən səyyar qəbullar zamanı sakinlərin çoxsaylı müraciətləri nəzərə alınaraq, Mərdəkan qəsəbəsində yerləşən Nizami adına istirahət parkında müxtəlif növ uşaq oyun elementləri və idman qurğuları quraşdırılıb.
Bundan əlavə “Abad həyət” layihəsi çərçivəsində Şüvəlan qəsəbəsi, "Şimal" DRES yaşayış massivində 2 yeni abad məhəllə yaradılır. Hazırda 9 ədəd, 2-3 mərtəbəli yaşayış binalarında əsaslı təmir işləri aparılır. Binaların dam örtükləri dəmir örtüklə dəyişdirilir, tüstü-bacaları bərpa edilir, binaların fasadları təmir edilərək rənglənir, girişlərin ümumi istifadə yerlərindəki pəncərələr dəyişdirilir, pilləkən qəfəsləri təmir olunur, girişlərin pilləkənləri təmir olunur, giriş qapıları yeni kodlu qapılarla dəyişdirilir.
Hal-hazırda həyətdə bardür daşları vurulur, istinad divarları hörülür və torpaq işləri görülür. Eyni zamanda sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün söhbətgah, oturacaqlar, müxtəlif növ uşaq-oyun elementlərinin və idman qurğularının quraşdırılması, yaşıllaşdırma, yeni suvarma və işıqlandırma sistemlərinin çəkilməsi, təhlükəsizlik kamerlarının quraşdılması işləri də nəzərdə tutulubdur.
Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov abadlıq işlərinin aparıldığı Şüvəlan qəsəbəsi, "Şimal" DRES yaşayış massivindəki Lev Starçuk küçələrində olub. Görülən işlərlə yerində tanış olan E.Salahov, sakinlərlə də görüşüb, onların təkliflərini dinləyib.
Rayon ərazisində aparılan abadlıq-quruculuq və yenidənqurma işləri əhalinin böyük razılığı ilə qarşılanır, görülən işlərə görə rayon sakinləri ölkə başçısına dərin minnətdarlıqlarını bildirirlər.