Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda abadlıq-quruculuq işləri davam etdirimişdir

28 oktyabr 2023 | 14:03

   Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Xəzər rayonu ərazisində də küçə, park, məhəllə və binaların abadlaşdırılması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir.
    Belə ki, Xəzər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi, qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin və bələdiyyələrin iştirakı ilə rayonun Mərdəkan, Şüvəlan, Türkan və Qala qəsəbələrində geniş miqyaslı abadlıq və quruculuq işləri görülür.
    Görülən işlər çərçivəsində mərkəzi küçələrdə yol boyu vətəndaşlara məxsus fərdi yaşayış evlərinin divarları və hasarları, həmçinin sahibkarlıq subyektləri də cəlb olunmaqla qeyri-yaşayış obyektlərinin fasad hissələri rənglənir və digər abadlıq və təmizlik işləri həyata keçirilir.
    Görülən işlərlə yanaşı ərazidə mövcud olan ağac və kollarda yaşıl budamanın aparılması, qurumuş ağacların vaxtında ərazidən götürülməsi, çəmənlik və ağacların suvarılması, həmçinin yeni yaşıllıq zolaqlarının salınması işləri görülür.

Keçidlər