Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda “8 noyabr – Zəfər Günü” münasibətilə bayram konserti təşkil edilib

08 noyabr 2023 | 15:40

   Vətən müharibəsinin üçüncü ildönümü ilə əlaqədar Xəzər rayonunda silsilə tədbirlər çərçivəsində “8 noyabr – Zəfər Günü” ilə bağlı rayon fəallarının və mədəniyyət işçilərinin iştirakı ilə konsert proqramı təşkil olunub.
  08 noyabr 2023-cü il tarixində Xəzər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Mərdəkan qəsəbəsi, Heydər Əliyev adına parkda keçirilən tədbirdə RİH Aparatının əməkdaşları, şəhid ailələri, qazilər və müharibə iştirakçıları, rayonun təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin nümayəmdələri, ziyalılar və gənclər iştirak ediblər.
  Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə rayon fəalları, incəsənət və musiqi məktəblərinin şagirdləri, mədəniyyət işçiləri, təhsil və mədəniyyət müəssisələrinin özfəaliyyət və rəqs qrupları misiqili konsert proqramı ilə çıxış ediblər. Konsertdə Zəfər gününə həsr olunmuş mahnı və şeirlər səsləndirilib, rəqs kompozisiyaları nümayiş edilib. Yüksək əhval-ruhiyyə ilə keçən bayram konserti iştirakçılara xoş təsir bağışlayıb.

Keçidlər