Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda 5 oktyabr – Beynəlxaq Müəllimlər Günü qeyd edildi

05 oktyabr 2022 | 10:10

          Xəzər rayonunda 5 oktyabr – Beynəlxaq Müəllimlər Günü ilə bağlı tədbir keçirilib.

          Tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Millət vəkili Soltan Məmmədov, Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları və Xəzər rayonunun təhsil ictimaiyyətinin nümayəndələri iştirak edib.

          Tədbir iştirakçıları tərəfindən ilk öncə Ümumilli lider Heydər Əliyevin abidəsi ziyarət edilərək  abidə önünə gül dəstələri düzülüb.

          Daha sonra Mərdəkan Mədəniyyət Sarayında davam edən tədbiri Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov açaraq əlamətdar gün münasibəti ilə təhsil işçilərini təbrik edib, onlara çətin və eyni zamanda şərəfli işlərində uğurlar arzulayıb.

          Rayon rəhbəri bildirib ki, ölkə başçısı cənab İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın dəstək və qayğısı nəticəsində ölkəmizdə təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm işlər görülüb və bu gün də bu işlər davam etdirilir. Bunun təzahürü kimi rayon ərazisində yeni təhsil müəssisələrinin inşa edilərək istifadəyə verilməsi, eyni zamanda mövcud təhsil müəssisələrində aparılmış əsaslı təmir işlərini, gənclərimizin yüksək səviyyədə təhsil almasına və müstəqil ölkəmizin layiqli vətəndaşları olmalarına şərait yaradıldığını qeyd etmiş, eyni zamanda 2022-2023-cu tədris ili üçün ali məktəblərə qəbul imtahanı zamanı ən yüksək nəticə göstərən şagirdlərdən birin də məhz Xəzər rayonunun orta məktəbinin şagirdi olduğunu vurğulamışdır.

          Millət vəkili Soltan Məmmədov ölkə rəhbərliyinin digər sahələrə olduğu kimi təhsil sahəsinə də diqqət və qayğısından, aparılan islahatlardan danışıb.

          Tədbir iştirakçılarından çıxış edən 149 saylı tam orta məktəbin direktoru Rəhilə Baxşıyeva, 216 saylı tam orta məktəbin direktoru Səidə Rəhimova, S. Rüstəm adına Xarici Dillər Təmayüllü gimnaziyanın direktoru Tural Mirzəliyev və digərləri rayon müəllimləri adından təhsil sahəsinə göstərilən yüksək diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildirdilər.

          Sonra təhsilin inkişafindakı xidmətlərinə görə bir qrup təhsil işçilərinə Fəxri Fərman və hədiyyələr təqdim olunub.

          Tədbirin sonunda xatirə şəkili çəkilib.

Keçidlər