Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü qeyd olunub

04 mart 2024 | 15:54


    Xəzər Rayon İcra Hakimiyyəti və BŞGİİ-nin Xəzər rayonu üzrə Gənclər və İdman sektorunun birgə təşkilatçılığı ilə Xəzər Gənclər evində  “5 Mart – Bədən Tərbiyəsi və İdman Günü” münasibətilə tədbir keçirildi.
    Tədbirdə RİH başçısının müavini Lalə Əhmədova, RİH Aparatının əməkdaşları, BŞGİİ-nin Xəzər rayonu üzrə Gənclər və İdman sektorunun müdiri Gündüz Vəliyev, Azərbaycan şahmatçısı, qadınlar arasında beynəlxalq qrosmeyster Zeynəb Məmmədyarova, rayon məktəblərinin idman müəllimləri və rayonun ictimai-siyasi, mədəni həyatında fəallığı ilə seçilən idmançı gənclər iştirak ediblər.
   Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və ölkəmizin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü uğrunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
    Tədbirdə çıxış edən RİH başçısının müavini L.Əhmədova idmançıları salamlayaraq Bədən Tərbiyəsi və İdman Günü münasibətilə təbrik edib, onlara gələcək yarışlarda uğurlar arzulayıb. O, bildirib ki, 4 mart 2005-ci ildə Bədən Tərbiyəsi və İdman Gününün təsis edilməsi ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməli qoyulub. 1997-ci ildən Milli Olimpiya Komitəsinə rəhbərlik edən    Prezident İlham Əliyevin idmanı sevməsi, idmançılara xüsusi həssaslıqla yanaşması, onların peşəkarlıqlarının artırılmasına göstərdiyi davamlı qayğı, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, Olimpiya İdman komplekslərinin və idman bazalarının yaradılması haqqında qərarları buna əyani sübutdur.
    Daha sonra Şahmat üzrə beynəlxalq dərəcəli qrosmeyster Zeynəb Məmmədyarova və digər çıxış edən idmançılar onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbəri cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər.
   Sonda “5 mart – Bədən Tərbiyəsi və İdman Günü” münasibətilə İdman sahəsində fərqlənən fəal gənclər rayon İcra Hakimiyyətinin başçısının “Təşəkkürnamə” ilə təltif edilib.

Keçidlər