Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda 31 Dekabr Dünya Azərbaycanlıların Həmrəyliyi Günü və Yeni il münasibətilə əlaqədar yardımlar paylanıb

28 dekabr 2023 | 16:11

   Şəhid ailələrinin və müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həlli Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin əsas istiqamətlərindən biridir.
    Xəzər rayonunda da Vətən Müharibəsi şəhidlərinin ailələrinə, qazilərə daim yüksək həssaslıqla yanaşılır, onlara diqqət və qayğı göstərilir.
    Belə ki, 31 Dekabr Dünya Azərbaycanlıların Həmrəyliyi Günü və Yeni il münasibətilə Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuş vətən müharibəsi şəhidlərinin ailələri və qazilər ziyarət olunaraq onlara bayram sovqatları paylanılıb.
   Ziyarət zamanı öz arzu və istəklərini bildirən Vətən müharibəsi şəhid ailələrinin üzvləri və qazilər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər