Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda 31 dekabr- Dünya Azərbaycanlılaların Həmrəyliyi günü və Yeni il ərəfəsində Vətən müharibəsi şəhid ailələri ziyarət edilib

30 dekabr 2022 | 16:40

   Şəhid ailələrinin və müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həlli Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin əsas istiqamətlərindən biridir.
   Xəzər rayonunda da Vətən Müharibəsi şəhidlərinin ailələrinə, qazilərə daim yüksək həssaslıqla yanaşılır, onlara diqqət və qayğı göstərilir.
  Belə ki, 31 Dekabr Dünya Azərbaycanlıların Həmrəyliyi Günü və Yeni il münasibətilə rayon rəhbərliyi tərəfindən ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuş şəhid ailələri ziyarət edilib, onlara ərzaq yardımları verilib, şəhid övladlarına isə bayram hədiyyələri təqdim edilib.
  Həmçinin bayram münasibətilə rayonda yaşayan 50 aztəminatlı ailəyə Azərbaycan Respublikası Həmkarlar İttifaqının təşəbbüsü ilə bayram sovqatları paylanılıb.
  Ziyarət zamanı öz arzu və istəklərini bildirən Vətən müharibəsi şəhid ailələrinin üzvləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər