Xəzər rayonunda 27 sentyabr- Anım gününə həsr olunmuş ağacəkmə aksiyası keçirilib
Xəzər rayonunda Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canını qurban vermiş Vətən müharibəsi şəhidlərinin xatirəsinə ehtiram əlaməti olaraq ağacəkmə aksiyası keçirilib
Xəzər rayonu, Qala qəsəbəsi, Qala-Pirallahı avtomobil yolunun sağ hissəsində baş tutan aksiyada Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Milli Məclisin deputatı Soltan Məmmədov, RİH başçısının müavinləri və Aparatın əməkdaşları, şəhid ailələri, qazilər və müharibə iştirakçıları, idarə və müəssisə rəhbərləri, qəsəbə nümayəndələri, bələdiyyə sədrləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Aksiyada Vətən Müharibəsi Şəhidlərinin xatirəsinə müxtəlif növ ağaclar əkilib və aqrotexniki qulluq göstərilib.






