Xəzər rayonunda “27 sentyabr - Anım günü” ilə əlaqədar Şəhidlərin məzarları ziyarət olunub
27 Sentyabr - Anım Gününün ildönümü münasibətilə respublikanın hər yerində olduğu kimi, Xəzər rayonunda da Şəhidlər xiyabanlarına ziyarətlər təşkil olunub, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi ehtiramla yad edilib.
Tədbirlər çərçivəsində Xəzər rayonunun Buzovna və Binə qəsəbələrində yerləşən Şəhidlər xiyabanlarında Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH başçısının müavinləri və aparatın əməkdaşları, şəhid ailələri, qazilər, müharibə iştirakçıları, din xadimləri və ictimaiyyət nümayəndələrinin iştirakı ilə gülqoyma mərasimləri keçirilib.
Tədbir iştirakçıları şəhid ailələri ilə görüşərək onların qayğı və problemləri ilə maraqlanıblar. Daha sonra Vətən uğrunda canlarından keçmiş qəhrəmanların məzarları ziyarət olunub, məzarları önünə gül dəstələri düzülərək ruhlarına dualar oxunub.






