“Xəzər rayonunda 2023-cü ildə Mülki müdafiə sahəsində görülmüş işlərin yekunları və 2024-cü ildə qarşıda duran vəzifələr” və “Yanğın təhlükəsizliyinin təmin olunmasında Fövqəladə Hallar Nazirliyi, yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarının birgə fəaliyyəti” mövzusunda rayon müşavirəsi keçirilib
8 dekabr 2023-cü il tarixində Xəzər Rayon İcra Hakimiyyətinin Akt zalında “Xəzər rayonunda 2023-cü ildə Mülki müdafiə sahəsində görülmüş işlərin yekunları və 2024-cü ildə qarşıda duran vəzifələr” və “Yanğın təhlükəsizliyinin təmin olunmasında Fövqəladə Hallar Nazirliyi, yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarının birgə fəaliyyəti” mövzusunda Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Bakı Regional Mərkəzinin və Xəzər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə növbəti müşavirə keçirilib.
Müşavirədə Xəzər Rayon İcra Hakimiyyəti başçısının I müavini Elşən Qurbanov, Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin rəisi, general-mayor Məhərrəm Həsənov, FHN Bakı Regional Mərkəzinin Mülki Müdafiə İdarəsinin vəzifəsini müvəqqəti icra edən polkovnik-leytenant Rəşad Quliyev, FHN Xəzər rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəis müavini daxili xidmət mayoru Elxan Əzizov, Xəzər və Pirallahı rayonları üzrə fövqəladə hallar və mülki müdafiə şöbəsinin rəisi mayor Vüsal Fətullayev, FHN Dövlət Yanğın Nəzarəti Xidmətinin 4-cü ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinin böyük inspektoru daxili xidmət mayoru Tahir Yusubov, Xəzər rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin baş mühəndisi Ədalət Muradov, Xəzər rayon Texniki İstismar İdarəsinin rəisi Mikayıl Mehdiyev, Xəzər rayon Enerji Təchizatı və Satışı İdarəsinin baş mühəndisi Fərid Nəcəfov, Xəzər rayon Polis İdarəsinin İctimai Təhlükəsizlik şöbəsinin inspektoru polis mayoru Mirrəvan Ağayev, Bakı şəhəri Təcili Tibbi Yardım Stansiyasının 10 saylı Bölməsinin baş həkimi Almaz Zülfüqarova, rayon İcra Hakimiyyəti başçısının qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndələri və qəsəbələrin bələdiyyə sədrləri, təhsil, səhiyyə, mədəniyyət, idarə, müəssisələrinin təsərrüfat obyektlərinin rəhbərləri iştirak ediblər.
Müşavirəni giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin başçısının I müavini Elşən Qurbanov Xəzər rayonunda yanğın təhlükəsizliyinin təmin olunması ilə bağlı görülən işlər barədə ətraflı məlumat verərək, insanlar arasında bu istiqamətdə təbliğat işinin əhəmiyyətindən danışıb. Payız-qış mövsümündə sakinlərin elektrik və qazdan daha çox istifadə etdiklərini, bu səbəbdən də yanğınların başvermə ehtimalının, dəm qazından boğulma, zəhərlənmə kimi xoşagəlməz hadisələrin baş verdiyini qeyd edərək, bu istiqamətdə profilaktik və digər qabaqlayıcı tədbirlərin görülməsinin vacibliyini diqqətə çatdırıb.
Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin rəisi, general-mayor Məhərrəm Həsənov da çıxışında yanğın hadisələrinə qarşı mübarizədə maarifləndirmənin rolundan danışıb, yaşayış massivlərində fərdi avtomobillərin nizamsız parklanmasının, məhəllələrə girişlərin qeyri-qanuni maneələrlə məhdudlaşdırılmasının yanğın-xilasetmə əməliyyatlarına əngəllər törətdiyini, onların səmərəliliyini aşağı saldığını qeyd edərək, yerli icra və özünüidarəetmə orqanlarını belə hallarla qəti mübarizəyə çağırıb. O, həmçinin rayon ərazisində mülki müdafiə sahəsində mövcud vəziyyət və problemlər, onların həlli yolları barədə ətraflı məlumat verib.
Müşavirədə çıxış edən Bakı Regional Mərkəzinin nümayəndələri rayon üzrə mülki müdafiənin vəziyyəti, yanğınların baş vermə səbəbləri, yanğınların söndürülməsi prosesində qarşıya çıxan problemlər və onların həlli yollarından danışıblar.
Müşavirədə həmçinin rayonda yanğın təhlükəsizliyi və mülki müdafiənin təşkili ilə bağlı görülən işlər, enerji təchizatının və qaz təsərrüfatının mövcud vəziyyəti, problemlər və həlli yolları, baş vermiş fövqəladə hadisələr zamanı ictimai asayişin təşkili barədə məruzələr edilib.