Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda “2 fevral - Azərbaycan Gəncləri Günü” qeyd olunub

02 fevral 2024 | 17:55

     Xəzər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Şağan Mədəniyyət Mərkəzində “2 fevral - Azərbaycan Gəncləri Günü” münasibətilə bayram tədbiri keçirildi. Tədbirdə RİH başçısı Elşən Salahov, Milli Məclisin deputatı Rauf Əliyev, YAP Xəzər Rayon Təşkilatının sədri Namiq Əhmədov, Xəzər rayon Məhkəməsinin sədri Şeyda Məhərrəmova, Xəzər rayon Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Rəşad Cəfərov, Xəzər Rayon Polis İdarəsinin rəisi Əli İbrahimov və rayonun ictimai-siyasi, mədəni həyatında fəallığı ilə seçilən gənclər iştirak ediblər.
      Bayram tədbiri Vətən Müharibəsi Qəhrəmanı Şəhid Ramiz Qasımovun qızı Gülanə Qasımlının rəsm sərgisi ilə başlamışdır.
Qonaqlar sərgiyə baxış keçirdikdən sonra tədbir Mərkəzin zalında davam etmiş, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş və ölkəmizin ərazi bütövlüyü, suverenliyi uğrunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
     Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov açılış nitqi ilə çıxış edərək 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə gəncləri təbrik etmiş, bu əlamətdar tarixi günün ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulamış, Dahi şəxsiyyətin gənclərə həmişə böyük diqqət və qayğı ilə yanaşdığını, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verdiyini, bu siyasəti müasir müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirdiyini onların diqqətinə çatdırmışdır.
    Çıxış edən Millət vəkili R.Əliyev qeyd etmişdir ki, bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Prezident İlham Əliyev Ulu Öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq etmiş, gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan bu sahəyə böyük diqqətin nəticəsidir deyə bildirmişdir.
      Ümumilli lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının gəncliyin inkişafına xüsusi diqqət yetirirdiyini çıxışında qeyd edən YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Ölkə Prezidentinin gənclər sahəsində daxili və xarici siyasətinin, icra edilən bir çox layihələrin Xəzər rayon gənclərinin də həyatında mühüm rol oynadığını, onlar üçün geniş imkanlar yaratdığını vurğulamışdır.
      Daha sonra çıxış edən Vətən Müharibəsi qazisi Eldar Güləhmədov və gənc müəllim Mənzər Ağabəyova müxtəlif sahələrdə uğur qazanan, özünü təsdiqləyən Azərbaycan gəncləri üçün ən həlledici sınaqlardan biri də sentyabrın 27-də başlayan və noyabrın 10-dək davam edən Vətən müharibəsi olduğunu bildirdilər. Rəşadətli Azərbaycan Ordusunun sıralarında Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Məhz onların rəşadəti sayəsində əldə olunan bu Şanlı Zəfərlə      Azərbaycanın ərazi bütövlüyü bərpa edildi, xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşdu.
    Tədbirdə rayonun ictimai-siyasi və mədəni həyatında fəallıq göstərən, yüksək nailiyyətlər əldə etmiş bir qrup gənc RİH başçısının Təşəkkürnamələri ilə təltif olundu, gənclərlə xatirə şəkli çəkildi.
       Bayram tədbiri gənc muğənnilərin ifaları ilə yekunlaşdı.

Keçidlər