Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda 1990-cı ildə qanlı yanvar hadisələrində həlak olmuş 20 yanvar şəhidlərin ailələri ziyarət olunub

19 yanvar 2024 | 19:27

   1990-cı ilin yanvar ayının 20-də milli müstəqillik və azadlıq uğrunda mübarizəyə qalxmış Azərbaycan xalqına qarşı Sovet imperiyasının qoşunları tərəfindən Bakı və ətraf rayonlarda törədilmiş qətliyamın 34-cü il dönümü ilə əlaqədar  Xəzər rayonu ərazisində yaşayan 20 yanvar şəhidlərinin ailələri və əlilləri ziyarət olunmuşdur.
  Xəzər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə həyata keçirilən ziyarətlərdə Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, YAP Xəzər rayon Təşkilatının sədri Namik Əhmədov, RİH başçısının müavinləri, Aparatının şöbə müdirləri, qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndələr və bələdiyyə sədləri iştirak ediblər.
   Görüşlər zamanı şəhidlərimizin xatirəsi ehtiramla anılaraq, bu faciənin Azərbaycan xalqının qan yaddaşında əbədi həkk olunduğu, keçmiş sovet ittifaqı ordusunun qarşısına silahsız, əliyalın çıxaraq canlarını fəda edən 20 Yanvar şəhidlərinin müstəqillik tariximizin qəhramanları olduqları vurğulanıb. Eyni zamanda qeyd olunub ki, dövlətimiz tərəfindən ölkəmizin azadlığı və müstəqilliyi uğrunda şəhid olmuş və sağlamlığını itirmiş şəxslərə göstərilən qayğı hər zaman diqqət mərkəzində saxlanılır.
    Ziyarət zamanı 20 yanvar şəhidlərinin ailələrinə və əlillərinə maddi və ərzaq yardımları göstərilib.
Şəhidlərin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildiriblər.

 

 

 

Keçidlər