Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda 18 yaşadək evlilik erkən nikah hesab edilir mövzusunda tədbir keçirilib

03 noyabr 2023 | 09:16

   Erkən nikah hallarının baş verməsi bir çox hallarda ailələrdə münaqişələrə, boşanmalara və nəticədə sosial cəhətdən həssas qrupların sayının artmasına səbəb olur. Erkən nikah-təhsildən yayınma, məişət zorakılığı, bir sıra psixoloji və sağlamlıq problemlərinə gətirib çıxarır. AR Ailə Məcəlləsinin 10-cu maddəsinə əsasən    Azərbaycan Respublikasında nikah yaşı 18 yaş müəyyən edilmişdir. Üzrlü səbəblər olduqda nikah yaşı 1 ildən çox olmayaraq azaldıla bilər.
Yuxarıda qeyd olunan halların qarşısının alınması məqsədilə Xəzər rayonunda mütəmadi olaraq silsilə tədbirlər həyata keçirilir. Növbəti belə tədbir 02 noyabr    2023-cü il tarixdə Şüvəlan qəsəbəsində yerləşən 156 №li tam orta məktəbdə keçirilmişdir. Xəzər Rayon İcra Hakimiyyəti, Xəzər rayon Qeydiyyat Şöbəsi, AQUPDK-nin Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzinin birgə təşkilatçılığı ilə "Erkən nikah və qohumlar arasında nikahın mənfi nəticələri" mövzusunda keçirilən maarifləndirici tədbirdə RİH Aparatının əməkdaşları Rövşən Əhmədov, Ofeliya Məmmədzadə, Xəzər rayon Qeydiyyat Şöbəsinin müdiri Nigar Bağırova, AQUPDK-nin Şüvəlan Uşaq və    Ailələrə Dəstək Mərkəzinin sosial iş üzrə mütəxəssisləri Arzu Quliyeva, Aysun Kərimova məktəbin yuxarı sinif şagirdləri və müəllim kontingenti iştirak etmişdirlər.      Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlamışdır. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Gülər İsmayılova ilk öncə tədbir iştirakçılarını salamlamış və sözü qonaqlara vermişdir. Çıxış edən qonaqlar gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələri barədə şagirdlərə ətraflı məlumat vermişdirlər. Diskusiya formasında keçirilən görüşdə şagirdləri maraqlandıran suallara aydınlıq gətirilmişdir.
 Tədbirin sonunda erkən nikah hallarının qarşısının alınması məqsədilə maarifləndirici videorolik nümayiş etdirilmiş, “Ailə başçısına məktub”, buklet və broşurlar paylanılmış, xatirə şəkli çəkilmişdir.

Keçidlər