Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda 1 oktyabr – Ahıllar Günü qeyd edildi

03 oktyabr 2022 | 14:35

    BMT Baş Məclisinin 1992-ci ildə qəbul etdiyi “Ahılların müdafiəsi ilə bağlı Qətnamə”yə əsasən, 1 Oktyabr - Beynəlxalq Ahıllar Günü kimi təsis edilmişdir.
   1993-cü ildən başlayaraq Beynəlxalq Ahıllar Günü Azərbaycanda da yüksək səviyyədə qeyd edilir.
   Belə ki, 1 oktyabr 2022-ci il tarixində Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Xəzər rayonunda yaşayan tənha, kimsəsiz və yaşlı ahıllar ziyarət edilmişdir.
   Onlara bayram münasibətilə sovqat təqdim olunmuş və ehtiyacları ilə yaxından maraqlanmışdırlar.
  Görüş zamanı ahıllar dövlət tərəfindən onlara göstərilən diqqət və qayğının ildən-ilə artdığını bildirmiş, ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını ifadə etmişdirlər.

Keçidlər