Xəzər rayonunda 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olunub
01 iyun 2026 | 16:53
1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Xəzər Rayon İcra Hakimiyyətinin təşəbbüsü və Xəzər Tibb Mərkəzinin təşkilatçılığı ilə şəhid və qazi övladları üçün ödənişsiz tibbi müayinə aksiyası keçirilmişdir.
Uşaqların sağlamlığının qorunmasına yönəlmiş bu aksiya çərçivəsində balacalar ixtisaslı həkimlər tərəfindən tibbi müayinədən keçirilmişdir.
Belə xeyriyyə tədbirləri böyüməkdə olan nəslin rifahına göstərilən dövlət qayğısının və onların gələcəyinə verilən yüksək dəyərin bariz nümunəsidir. Tədbir çərçivəsində şəhid ailələri və Vətən müharibəsi iştirakçıları göstərilən diqqətə görə ölkə başçısına dərin minnətdarlıqlarını ifadə etmişlər.






