Xəzər rayonunda 1 İyun – Uşaqların Beynəlxalq müdafiəsi günü qeyd edilib
02 iyun 2023 | 10:44
1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Xəzər Rayon İcra Hakimiyyətinin rəhbərliyi və əməkdaşları Binə qəsəbəsində yerləşən "Ümid yeri" sığınacağını ziyarət edib.
Görüşdə həmçinin YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov və Millət vəkili Rauf Əliyev iştirak ediblər.
Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən təqdim edilən sovqat və oyuncaqlar uşaqların sevinc və həyəcanına səbəb olub. Daha sonra uşaqlar qonaqlar üçün hazırladığı rəqsləri oynayıb, şeir və mahnı oxuyublar.
Qeyd edək ki, sığınacaqda 60-a yaxın azyaşlı və məktəbli uşaqlar qalır. Valideyin himayəsindən kənarda qalmış bu uşaqlar gələn qonaqları çox böyük maraqla qarşılayıblar.