Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibəti ilə növbəti tədbir keçirilib.

03 iyun 2024 | 17:06

01 iyun 2024-cü il tarixdə Şüvəlan qəsəbəsində fəaliyyət göstərən Sağlamlıq İmkanları Məhdud uşaqlar üçün 2№li xüsusi internat məktəbində bayram tədbiri keçirildi.

Tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısının müavini Lalə Əhmədova, YAP Xəzər rayon Təşkilatının sədri Namiq Əhmədov, RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri və əməkdaşları, internat məktəbinin müəllim və şagird heyəti iştirak ediblər.

Bayram konserti Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı. Sonra internat məktəbinin şagirdlərinin ifasında müxtəlif dünya xalqlarının rəqsləri, mahnı və kompozisiyalar nümayiş olundu. Sonda qonaqlar çıxış edərək bayram münasibətilə uşaqları təbrik edib, onlara sağlam və xoşbəxt böyümələrini arzulayıblar. Uşaqlarla xatirə şəkli çəkildikdən sonra onlar üçün bayram süfrəsi açılıb.

Keçidlər