Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda 1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar tədbir keçirilib

01 iyun 2026 | 18:26

      Xəzər Rayon İcra Hakimiyyətinin dəstəyi və Bakı – “EKOL Mühəndislik Xidmətləri” QSC-nin təşkilatçılığı ilə 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Qala Ekoloji Parkında tədbir baş tutub. Bayram şənliyində “Ümid yeri” uşaq sığınacağının azyaşlı sakinləri qonaq olub.
     Tədbir çərçivəsində uşaqlar üçün Eko Parka maraqlı ekskursiya təşkil edilib. Balacalara ətraf mühitin qorunması, təbiətə sevgi və qayğının vacibliyi barədə maarifləndirici məlumatlar verilib. Həmçinin uşaqların böyük marağına səbəb olan güləkmə ustad dərsi keçirilib. Sığınacaq sakinləri öz əlləri ilə əkdikləri gülləri xatirə olaraq özləri ilə aparıblar.
     Proqram animatorların rəngarəng şouları, müxtəlif əyləncəli oyunlar, bayram süfrəsi və uşaqlara hədiyyələrin təqdim olunması ilə davam edib.
     Xəzər Rayon İcra Hakimiyyəti və Qala Ekoloji Parkı uşaqların rifahına və sosial dəstəyinə yönəlmiş bu növ xeyriyyə xarakterli tədbirlərin gələcəkdə də mütəmadi olaraq davam etdiriləcəyini bildirib.

Keçidlər