Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda şəhid ailələri ziyarət olunub

23 dekabr 2025 | 11:01

    Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə şəhid Salamov Vüsal Yəhya oğlu, Kazımov Əmir İlham oğlu, Əliyev Murad Hüseyn oğlu və Məmmədzadə Bəhrəm və İman qardaşlarının ailələri ziyarət olunub.
   Ziyarətlərdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, RİH başçısı Aparatının şöbə müdirləri və şəhidlərin ailə üzvləri iştirak edib.
   Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov şəhidlərin ailə üzvləri ilə görüş zamanı Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsinin xalqımız tərəfindən hər zaman uca tutulduğunu, Azərbaycan xalqının həmrəyliyi və birliyinin məhz şəhidlərimizin qəhrəmanlığı sayəsində daha da möhkəmləndiyi qeyd edib.
    Şəhidlərin ailə üzvləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin şəhid ailələrinin rifah halının yaxşılaşdırılması məqsədilə imzaladığı fərman və sərəncamlardan məmnunluq ifadə etdiklərini, bu kateqoriyadan olan vətəndaşlara göstərilən diqqət və qayğıya görə ölkə başçısına və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Keçidlər