Xəzər rayonunda Qurban bayramı münasibəti ilə bayram sovqatı paylanılıb
06 iyun 2025 | 11:25
Xəzər rayonunda Müqəddəs Qurban bayramı qeyd edilmişdir.
Bayram münasibəti ilə Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən şəhid ailələrinə qazilərə və az təminatlı ailələrə bayram sovqatları paylanılmışdır.
Bayram payı alan şəhid ,qazi və az təminatlı ailələrin üzvləri bu əziz gündə kəsilən qurbanların Allah tərəfindən qəbul olunmasını diləmiş, Qurban bayramının xalqımız və millətimiz üçün xeyirli-uğurlu olmasını arzulamış, ölkə rəhbəri Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya xoş arzularını ifadə etmişlər.