Xəzər rayonunda 2025-2026-cı illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə bağlı müşavirə keçirilib`
Xəzər Rayon İcra Hakimiyyətində 2025–2026-cı illərin payız-qış mövsümünə hazırlıq vəziyyəti ilə əlaqədar rayonda görülmüş işlər, mövcud problemlər və qarşıda duran vəzifələrin icrasına dair müşavirə keçirilib.
Müşavirədə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, RİH başçısının müavinləri və şöbə müdirləri, Bakı Şəhər İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Tağıyev, Şəhər təsərrüfatı şöbəsinin müdiri Məmməd Qasımov, Hüquq və kadr məsələləri şöbəsinin müdiri Ramin Qədimquliyev, Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin rəisi Rəfail Mehralıyev, idarə, müəssisə və təşkilatların, təhsil və səhiyyə ocaqlarının rəhbərləri, rayonun xidmət sahələrinin məsul şəxsləri və özəl sektor nümayəndələri iştirak ediblər.
Müşavirəni giriş sözü ilə açan Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov payız-qış mövsümünə hazırlıqla bağlı görülmüş işlər haqqında məlumat verərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə kommunal xidmət sahələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində önəmli işlərin görüldüyünü bildirib.
Sonra Rayon İcra Hakimiyyəti başçısının müavini Əfsar Mirzəliyev Xəzər rayonunda 2025-2026-ci illər üzrə payız-qış mövsümünə hazırlıqla əlaqədar görülmüş işlər barədə geniş məlumat verərək, qış aylarında havaların kəskin soyuq, qarlı-şaxtalı günlərində qərargah üzvlərinin, rayonun ayrı-ayrı təsərrüfat xidmətlərinin xüsusi rejimdə çalışacağını, yaranan çatışmazlıqların aradan qaldırılması məqsədilə operativ tədbirlərin görüləcəyini vurğulayaraq təsərrüfat xidmətlərinin, ayrı-ayrı idarə, müəssisələrin qarşısında duran vəzifələr haqqında geniş məruzə edib.
Daha sonra Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdirləri Anar Tağıyev, Məmməd Qasımov və Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfat Departamentinin sədri Rəfail Mehrəliyev çıxış edərək şəhər təsərrüfatının payız-qış mövsümündə normal fəaliyyətinin təmin edilməsi üçün zəruri tədbirlərin həyata keçirilməsinin vacibliyini, bütün təsərrüfat subyektlərində qışa hazırlığa dair təxirəsalınmaz tədbirlərin görülməsi barədə tövsiyə və tapşırıqları nəzərə çatdırıblar və qışa hazırlıqla bağlı yaradılan qərargah, kommunal və təsərrüfat xidmətləri, eyni zamanda aidiyyəti təşkilatların rəhbərlərinin havaların sərt keçəcəyi günlərdə üzərilərinə düşən vəzifələrin tam şəkildə yerinə yetirilməsi üçün hazır olmalarını qeyd ediblər.
Müşavirədə payız-qış mövsümünə hazırlığın yekun vəziyyəti ilə əlaqədar müzakirələr və fikir mübadiləsi aparılıb. Müzakirələr zamanı məsələlərin həlli ilə bağlı aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
https://bakivaxti.az/az/posts/detail/paytaxtin-rayonlarinda-musavire-kecirildi-1763703065
https://news365.az/paytaxt-rayonlari-qisa-nece-hazirlasib/119311
https://sia.az/az/news/social/1301541.html
https://oxu.az/cemiyyet/bakida-qarli-havalara-hazirliqla-bagli-musavireler-kecirildi
https://modern.az/az/aktual/545988/uc-rayonda-musavire-qarli-havaya-hazirliq-gedir/
https://faktor.az/az/social/125792-qarli-havalara-hazirliqla-bagli-musavireler-kecirildi
https://baku.news/qarli-havalara-hazirliqla-bagli-musavireler-kecirildi
https://news.milli.az/country/1303369.html
https://reyting.az/gundem/139619-bakinin-uc-rayonu-le-bagli-musavireler-kecirilib.html






