Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonu və Çinin Quancou şəhərinin Nanşa rayonu gənclərinin vebinarı keçirilib

23 yanvar 2024 | 09:47

  Yanvarın 23-də Bakı şəhərinin Xəzər rayonu və Çinin Quancou şəhərinin Nanşa rayonu gənclərinin vebinarı keçirilib. Xəzər və Nanşa rayonları arasında 2021-ci ildə imzalanmış əməkdaşlıq haqqında anlaşma memorandumu”nun icrası ilə bağlı tədbirlər planı çərçivəsində keçirilən vebinarda gənclər arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub. Tədbirdə Xəzər RİH başçısının müavini Lalə Əhmədova, Milli Məclisin deputatı Soltan Məmmədov, Xəzər Gənclər evinin direktoru İnarə Eyyubova və rayonun fəal gəncləri iştirak edib.
  Tədbirdə çıxış edən L.Əhmədova rayon icra hakimiyyətinin başçısı Elşən Salahovun salamlarını çatdıraraq, qeyd edib ki, Azərbaycanda gənclərə qayğı dövlət siyasətinin əsas istiqamətlərindən biridir. L.Əhmədova vurğulayıb ki, 2021-ci ildə imzalanmış memorandum iqtisadi, mədəni və humanitar sahədə birgə layihələrin həyata keçirilməsinə xidmət edir. O, bildirib ki, hər iki rayon qarşılıqlı əlaqələrin inkişafına böyük əhəmiyyət verir. L.Əhmədova bu vebinarın gənclər arasına davamlı və faydalı ünsiyyətin qurulmasına xidmət edəcəyinə ümidvar olduğunu bildirib.
  Milli Məclisin deputatı S.Məmmədov Azərbaycanla Çin arasında yüksək səviyyəli siyasi əlaqələrin bütün istiqamətlərdə münasibətlərin inkişafı üçün zəmin yaratdığını diqqətə çatdırıb. O, Xəzər rayonun nümayəndə heyətinin Nanşaya 2023-cü ildə baş tutmuş səfəri zamanı bir çox vacib məsələlərin müzakirə olunduğunu qeyd edib. Bildirib ki, gənclər arasında müzakirələrin aparılması, qarşılıqlı səfərlərin təşkili ikitərəfli əlaqələrin inkişafına təkan verən təşəbbüslərin və ideyaların həyata keçirilməsinə böyük stimul verə bilər. Deputat qeyd edib ki, Azərbaycanda gənclərin təhsilinə, cəmiyyətin və ölkənin ictimai-siyasi, iqtisadi həyatında roluna xüsusi önəm verilir.
  Xəzər Gənclər Evinin müdiri İ.Eyyubova iki rayonun gəncləri arasında əlaqələrin ikitərəfli münasibətlərin inkişafı baxımından mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb. Xəzər rayonu ilə Nanşa rayonu arasında 2021-ci ildə imzalanmış memorandumun bir çox sahələrlə əməkdaşlığı inkişaf etdirməyə imkan yaratdığını qeyd edib.
  Nanşa Rayonu Gənclər Federasiyasının fəxri vitse-prezidenti Zhou Yong çıxış edərək Çin və Azərbaycan gəncləri arasında təmasların hər iki tərəf üçün faydalı olacağını qeyd edib. Nanşa rayonunda gənclər üçün yaradılmış şərait, ölkənin ümumi inkişafında gəncləri rolu barədə məlumat verib. Xəzər və Nanşa rayonları arasında imzalanmış memorandum çərçivəsində gənclərin qarşılıqlı əlaqələrinin inkişaf etdirilməsini yüksək qiymətləndirdiklərini qeyd edib.
  Vebinar çərçivəsində hər iki rayonun gəncləri öz ölkələrinin tarixi, mədəniyyəti, iqtisadiyyatı, əldə etdiyi nailiyyətlə haqqında təqdimatlarla çıxış ediblər. Xəzər rayonu gənclərinin    Azərbaycan mədəniyyətini əks etdirən musiqili təqdimatları Nanşa nümayəndələri tərəfindən maraqla qarşılanıb.
  Tədbirin sonunda çıxış edənlər bu cür vebinarın təşkili təcrübəsinin davam etdirilməsinin zəruriliyini vurğulayıblar.

Keçidlər