Xəzər rayonunun məktəblərində "Son zəng" çalındı
Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən bu gün respublikanın bütün ümumi təhsil müəssisələrində olduğu kimi Xəzər rayonunda "Son zəng" çalındı.
Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayan son zəng tədbirləri yüksək əhval-ruhiyyə ilə davam etdi. Məktəb həyatına əlvida deyən 11-ci sinif şagirdlərinin hazırladıqları kompozisiyalar tədbirlərə xüsusi rəng qatdı. Çıxışlarında məktəb rəhbərliyinə və onların üzərində əməyi olan müəllimlərə təşəkkür edən məzunlar, Azərbaycan təhsilinə göstərdiyi diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-Prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirdilər.
Qeyd edək ki, keçirilən son zəng tədbirlərində ənənəvi olaraq Xəzər Rayon İcra Hakimiyyətinin əməkdaşları, qəsəbə nümayəndələri, bələdiyyə sədrləri iştirak ediblər. Rayon İcra Hakimiyyətinin əməkdaşları onları bu əlamətdar gün münasibətilə Rayon İcra Hakimiyyətinin başçısı adından təbrik edərək, müstəqil həyatın astanasında duran məzunlara gələcək həyatlarında uğurlar arzulamış, ölkəmiz və xalqımız üçün layiqli övlad olmaları naminə çalışmağı tövsiyə etmişlər.