Xəzər rayonu ərazisində avtomobil yollarının cari təmir-bərpa işləri icra olunur
08 aprel 2026 | 10:53
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin müvafiq qurumları tərəfindən Xəzər rayonunun Şüvəlan, Qala və Mərdəkan qəsəbələri ərazisindəki avtomobil yollarında cari təmir işləri icra olunur. Tərtib olunmuş qrafikə uyğun olaraq həyata keçirilən tədbirlər çərçivəsində, yolların müəyyən hissələrində deformasiyaya uğramış köhnə asfalt-beton örtüyü xüsusi texnika vasitəsilə frezlənərək ərazidən kənarlaşdırılır.
Görülən təmir-bərpa işləri nəticəsində hərəkət hissəsindəki mövcud problemlər tam aradan qaldırılır, nəqliyyat vasitələrinin maneəsiz və təhlükəsiz hərəkəti təmin edilir. Hazırda işlərin müəyyən edilmiş plan üzrə digər zəruri ünvanlarda da mərhələli şəkildə davam etdirilməsi nəzərdə tutulur.






