Xəzər rayon məktəblərində “Son zəng” çalınmışdır
Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən bu gün respublikanın ümumtəhsil məktəblərində "Son zəng" günü qeyd edilir. Bir çox rayonlarda olduğu kimi, Xəzər rayonunda da silsilə "Son zəng" tədbirləri keçirildi.
14 iyun 2023-cü il il tarixində Xəzər rayonunun Şüvəlan qəsəbəsində yerləşən 237№li tam orta məktəbdə keçirilən "Son zəng" tədbirində Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, RİH başçısının müavini Lalə Əhmədova, Bakı Şəhər Təhsil İdarəsinin əməkdaşı Əfqan İskəndərov, məktəbin direktor əvəzi Elçin Quliyev, şəhid valideynləri, pedoqoji kollektiv, valideyinlər, məzunlar və şagirdlər iştirak etdilər.
İlk olara tədbiri məktəbin direktoru açaraq qonaqları salamladı, 2022-2023-cü tədris ilində məktəbin uğurlarını qeyd etdi, həmçinin Azərbaycan təhsilinə göstərdiyi diqqət və qayğıya görə məktəb kollektivi adından ölkə başçısı cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-Prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirib, bu ilki məzunlara müstəqil həyatda atacaqları addımlarda uğurlar arzuladı.
Daha sonra Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov və digər qonaqlar çıxış edərək müstəqil həyata qədəm qoyan məzunları və onların valideynilərini salamlayıb, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölkədə təhsilin səviyyəsinin artırılması, təhsil müəssisələrinin əsaslı təmiri, yeni məktəblərin və məktəbəqədər müəssisələrin tikintisi, onların lazımi avadanlıqlarla təminatı və təhsil işçilərinə olan diqqətin artırılması istiqamətində görülən işlərdən danışıblar.
Sonda "Son zəng" tədbirində məktəbin 11-ci sinif şagirdlərinin hazırladıqları şeir, mahnı və rəqslərdən ibarət çıxışlar edən və məktəb həyatına əlvida deyən məzunlar doğma məktəbə və onlara dərs deyən müəllimlərə minnətdarlıqlarını bildirdilər.
Qeyd edək ki, Xəzər rayonunun digər məktəblərində də son zəng tədbirləri yüksək təşkilatçılıqla keçirilərək məzunların həyatında yaddaqalan bir günə çevrilib. Ənənəvi olaraq rayonun bütün orta məktəblərində keçirilən son zəng tədbirlərində təhkim olunmuş Xəzər Rayon İcra Hakimiyyətinin əməkdaşları, qəsəbə icra nümayəndələri, bələdiyyə sədrləri iştirak ediblər.