Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayon məktəblərində son zəng çalındı

14 iyun 2024 | 07:50

  Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən bu gün respublikanın ümumtəhsil məktəblərində, həmçinin Xəzər rayonunda da silsilə "Son zəng" tədbirləri keçirildi.
  Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayan tədbirlər 11-ci sinif şagirdlərinin hazırladıqları şeir, mahnı və rəqs kompozisiyaları ilə davam etdirildi.  Məktəb həyatına əlvida deyən məzunlar çıxışlarının sonunda məktəb rəhbərliyinə və onlara dərs deyən müəllimlərə minnətdarlıqlarını bildirdilər.
  Yüksək təşkilatçılıqla keçirilən son zəng tədbirləri məzunların həyatında unudulmaz bir günə çevrildi. Qeyd edək ki, keçirilən son zəng tədbirlərində ənənəvi olaraq Xəzər Rayon İcra  Hakimiyyətinin əməkdaşları, qəsəbə nümayəndələri, bələdiyyə sədrləri iştirak ediblər. Çıxış edən qonaqlar 2023-2024-cü tədris ilinin bitməsi münasibətilə şagirdləri təbrik etmiş, həmçinin Azərbaycan təhsilinə göstərdiyi diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-Prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirib, bu ilki məzunlara müstəqil həyatda atacaqları addımlarda uğurlar arzuladılar.

Keçidlər