Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər Rayon İcra Hakimiyyətinin inzibati binasında Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin təşkilatçılığı ilə "Su hövzələrində insanların təhlükəsizliyinin təmin edilməsi" mövzusunda rayon müşavirəsi keçirilmişdir

30 may 2025 | 17:09

     30 may 2025-ci il tarixində Xəzər Rayon İcra Hakimiyyətinin inzibati binasında Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin təşkilatçılığı ilə "Su hövzələrində insanların təhlükəsizliyinin təmin edilməsi" mövzusunda rayon müşavirəsi keçirilmişdir.
Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elşən Qurbanovun sədrliyi ilə keçirilmiş müşavirədə Kiçik Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin, Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin, Bakı Şəhər Təcili və Təxirəsalınmaz       Tibbi Yardım Stansiyasının Xəzər rayon bölməsinin, rayon Gigiyena və Epidemiologiya Mərkəzinin, rayon Polis İdarəsinin, Xəzər rayon Enerji Təchizatı və Satışı İdarəsi, Zirə Enerji Təchizatı və Satışı Sahəsinin, rayon Su-Kanal İdarəsinin, Bakı Regional Qaz İstismar Departamentinin Xəzər rayon Texniki İstismar Xidmətinin, təhsil və səhiyyə müəssisələrinin rəhbərləri, çimərlik əraziləri olan RİHB-nın İƏD üzrə qəsəbə nümayəndələri və bələdiyyə sədrləri, fəaliyyət göstərən çimərliklərin operatorları iştirak etmişdir.
     Tədbiri Xəzər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elşən Qurbanov açaraq giriş nitqi ilə çıxış etdi. Sonra Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Çimərliklərin İstismarına Nəzarət şöbəsinin böyük inspektoru kapitan Samir Məmmədov "Su hövzələrində əhalinin təhlükəsizliyinin təmin olunmasında Bakı Regional Mərkəzinin yerli icra hakimiyyəti orqanları ilə birgə fəaliyyəti" mövzusunda məruzə etdi.
      Müşavirədə iştirak edən rayon təşkilatlarının rəhbərləri və məsul əməkdaşları öz fəaliyyət sahələrinə uyğun olaraq yay mövsümü ərzində əhalinin istirahətinin təşkili məqsədilə çimərlik sahələrində görülən işlər, çimərlik sahələrində əhaliyə tibbi xidmətin göstərilməsi sahəsində planlaşdırılan tədbirlər, çimərliklərdə dəniz suyunun təmizlik vəziyyəti, çimərliklərdə asayişin təmin olunması istiqamətində planlaşdırılan tədbirlərlə bağlı məlumat verdilər.
        Tədbirin sonunda mövzu ətrafında müzakirələr aparıldı, çimərlik operatorlarının suallarını cavablandırıldı.

Keçidlər