Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının birgə təşkilatçılığı ilə “Heydər Əliyev ili” çərçivəsində “ Əbədiyaşar lider” mövzusunda tədbir keçirilib

11 dekabr 2023 | 17:00

   11 dekabr 2023-cü il tarixində YAP Xəzər rayon təşkilatının inzibati binasında keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, RİH başçısının müavinləri və şöbə müdirləri, millət vəkilləri Rauf Əliyev, Soltan Məmmədov, YAP Xəzər rayon Təşkilatının sədri Namiq Əhmədov, rayonun idarə-təşkilat, təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin rəhbərləri iştirak ediblər.
   Tədbir iştirakçıları öncə YAP Xəzər rayon təşkilatının inzibati binasının foyesində ucaldılmış Ümummilli Lider Heydər Əliyevin büstünü ziyarət edib, önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayan tədbirdə Ümummilli Lider Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
  Tədbirdə giriş sözü ilə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov bildirib ki, dünya azərbaycanlıları müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edir. Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi dövründə bu dahi şəxsiyyətin xilaskarlıq missiyası, Azərbaycan xalqı və dövləti üçün misilsiz xidmətləri xüsusi minnətdarlıqla xatırlanır. Elə “Heydər Əliyev ili” çərçivəsində çoxsaylı tədbirlərin, konfransların baş tutması Ulu Öndərin xatirəsinə bəslənən tükənməz sevgi və ehtiramdan xəbər verir. Azərbaycanın ən yeni tarixinin bütöv bir dövrü Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycanın xilaskarı, öz həyatını Vətəninə və xalqına bəxş etmiş Heydər Əliyevin zəngin və mənalı ömrünün hər günü bir dastandır.
   Diqqətə çatdırılıb ki, Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu Qarabağın düşmən tapdağından azad edilməsi, ərazi bütövlüyümüzün bərpası olub. 2020-ci ildə Vətən müharibəsi şanlı Zəfərlə başa çatıb, rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qarabağı azad edib, xalqımızın 30 illik yurd həsrətinə, torpaq nisgilinə son qoyub. 2023-cü ilin sentyabr ayının 19-da keçirilmiş antiterror tədbirləri nəticəsində isə Azərbaycanın suverenliyi tam olaraq təmin edilib. Şübhə yoxdur ki, bu Zəfər yolunun əsasında dahi Heydər Əliyevin ölməz ideyaları dayanır. Bu gün artıq üçrəngli bayrağımız yenidən Vətən torpaqlarında, Qarabağın, Şərqi Zəngəzurun hər bir qarışında qürurla dalğalanır.
   Tədbirdə çıxış edən Milli Məclisin deputatları Rauf Əliyev, Soltan Məmmədov, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Bakı Şəhər Gənclər və İdman İdarəsinin Xəzər rayonu üzrə gənclər və idman sektorunun rəisi Gündüz Vəliyev, 149 nömrəli tam orta məktəbin direktoru Rəhilə Baxşıyeva, 45 nömrəli şəhər poliklinikasının baş həkimi Akif Abdullayev Ümummilli lider Heydər Əliyevin öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmaqla onu müstəqilliyə qovuşduran qüdrətli şəxsiyyət olduğunu, Azərbaycan xalqının yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoyduğunu qeyd ediblər.

Keçidlər