Xəzər Rayon İcra Hakimiyyətinin kollektivi Zəfər Parkını ziyarət edib
08 noyabr 2026 | 15:25
8 Noyabr – Zəfər Günü münasibətilə Xəzər Rayon İcra Hakimiyyətinin kollektivi Zəfər Parkını ziyarət edib.
Ziyarət zamanı Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad olunub.
44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbə Azərbaycan xalqının birliyinin, milli həmrəyliyinin və Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Ordusunun qəhrəmanlığının parlaq təcəssümüdür.
Şəhidlərimizin əziz xatirəsi daim xalqımızın qəlbində yaşayacaq, onların göstərdiyi şücaət və qəhrəmanlıq gələcək nəsillər üçün örnək olacaqdır.






