Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər Rayon İcra Hakimiyyətinin inzibati binasında Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin təşkilatçılığı ilə "Su hövzələrində insanların təhlükəsizliyinin təmin edilməsi" mövzusunda rayon müşavirəsi keçirilmişdir

24 may 2024 | 15:27

    24 may 2024-cü il tarixində Xəzər Rayon İcra Hakimiyyətinin inzibati binasında Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin təşkilatçılığı ilə "Su hövzələrində insanların təhlükəsizliyinin təmin edilməsi" mövzusunda rayon müşavirəsi keçirilmişdir.
   Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elşən Qurbanovun sədrliyi ilə keçirilmiş müşavirədə, Fövqəladə Hallar Nazirliyi Bakı Regional Mərkəzinin rəisinin I müavini polkovnik İlqar Səfərov, Kiçik Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin, Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin, Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 10 saylı bölməsinin, Rayon Polis İdarəsinin nümayəndələri, Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin, rayonunun təhsil və səhiyyə müəssisələrinin rəhbərləri, çimərlik əraziləri olan RİHB-nın İƏD üzrə qəsəbə nümayəndələri və bələdiyyə sədrləri, o cümlədən Xəzər rayonunda yerləşən çimərliklərdə fəaliyyət göstərən sahibkarlar iştirak etmişlər.
    İlk olaraq tədbiri Xəzər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elşən Qurbanov açaraq giriş nitqi ilə çıxış etdi. Sonra Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Çimərliklərin İstismarına Nəzarət şöbəsinin inspektoru Hikmət Müseyibzadə "Su hövzələrində əhalinin təhlükəsizliyinin təmin olunmasında Bakı Regional Mərkəzinin yerli icra hakimiyyəti orqanları ilə birgə fəaliyyəti" mövzusunda çıxış etdilər.
   Müşavirədə iştirak edən rayon təşkilatlarının rəhbərləri və məsul əməkdaşları öz fəaliyyət sahələrinə uyğun olaraq yay mövsümü ərzində əhalinin istirahətinin təşkili məqsədilə çimərlik sahələrində görülən işlər, çimərlik sahələrində əhaliyə tibbi xidmətin göstərilməsi sahəsində planlaşdırılan tədbirlər, çimərliklərdə dəniz suyunun təmizlik vəziyyəti, çimərliklərdə asayişin təmin olunması istiqamətində planlaşdırılan tədbirlərlə bağlı mövzular ətrafında çıxış etmişlər.
  Tədbirin sonunda Fövqəladə Hallar Nazirliyi Fövqəladə Hallar Nazirliyi Bakı Regional Mərkəzinin rəisinin I müavini polkovnik İlqar Səfərov mövzu ətrafında çıxışlar edərək çimərlik operatorlarının suallarını cavablandırdılar.

Keçidlər