Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər Rayon İcra Hakimiyyətinin başçısı və Milli Məclisin deputatı Şağan qəsəbə sakinləri ilə səyyar görüş keçiriblər

13 dekabr 2023 | 15:53

   13 dekabr tarixində Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahovun Milli Məclisin deputatı Rauf Əliyevlə birgə Şağan qəsəbəsində sakinlərlə növbəti səyyar qəbulu keçirilib.
   Şağan Mədəniyyət Mərkəzində keçirilən görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Rayon İcra Hakimiyyəti başçısı Aparatının şöbə müdirləri, Şağan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi, Şağan bələdiyyəsinin sədri, xidmət sahələrinin rəhbərləri və sakinlər iştirak ediblər.
   Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov respublikada əhalinin rifah halının yüksəldilməsi istiqamətində həyata keçirilən sosial-iqtisadi islahatlar, eyni zamanda, Xəzər rayonu ərazisində aparılan abadlıq-quruculuq işləri, sakinlərin rahatlığının təmin olunması, sahibkarlığın inkişafı, vətəndaş məmnunluğunun artırılması istiqamətində görülən işlər barədə məlumat verərək, sakinləri fərdi qaydada dinləyib.
   Sonra Milli Məclisin deputatı Rauf Əliyev çıxış edərək, əhalini narahat edən problemlərlə bağlı dövlət qurumlarına göndərilmiş müraciətlər, onların həlli istiqamətində görülən işlər barədə məlumat verib. Eyni zamanda, səyyar görüş zamanı səsləndirilən məsələlərin həlli ilə bağlı zəruri tədbirlərin görüləcəyini bildirib.
  Sakinlər tərəfindən qaldırılan məsələlərin bir qismi yerindəcə həll olunub, araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin qanunvericiliyə uyğun, operativ həlli üçün müvafiq qurumların rəhbərlərinə tapşırıqlar verilib.
   Görüşdə iştirak edən qəsəbə sakinləri rayonda və eləcədə Şağan qəsəbəsində gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirərək, müraciətlərinə diqqət və həssaslıqla yanaşıldığını və onlara yaradılan şəraitə görə məmnun qaldıqlarını bildiriblər.

Keçidlər