Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahovun Zirə qəsəbəsinin sakinləri ilə səyyar görüşü keçirilib

28 fevral 2024 | 15:29

    28 fervar 2024-cü il tarixində Zirə Mədəniyyət Mərkəzində  Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahovun Zirə qəsəbəsinin sakinləri ilə səyyar görüşü keçirilmişdir.
   Görüşdə Xəzər Rayon İcra Hakimiyyəti başçının müavinləri, Aparatın şöbə müdirləri, Zirə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndə və Zirə bələdiyyəsinin sədri,  rayonda fəaliyyət göstərən xidmət sahələrinin rəhbərləri və qəsəbə sakinləri iştirak etmişdir.
  RİH başçısı E.Salahov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında rayonda həyata keçirilən müxtəlif Dövlət proqramlarının uğurlu icrası nəticəsində abadlıq-quruculuq, yenidənqurma işlərinin sürətlənməsi və rayon ərazisində, xüsusilə Zirə  qəsəbəsində həyata keçirilən əsaslı infrastruktur layihələrdən,  əhalinin rifahının daha da yaxşılaşmasına yönəlmiş tədbirlər barədə ətraflı məlumat vermişdir.
   Daha sonra RİH başçısı hazırda Zirə qəsəbəsində görülən və yaxın gələcəkdə görülməsi nəzərdə tutulan işləri sakinlərin diqqətinə çatdırmış və onların digər problemlərini dinləmişdir.
   Görüşdə səslənən müraciətlər, təklif və rəylər dinlənildikdən sonra sakinlərə müvafiq izahatlar verilmiş qaldırılan məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilat rəhbərlərinə yerindəcə tapşırıqlar verilərək, onların həlli nəzarətə götürülmüşdür.
     Sonda sakinlər əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə ölkə başçısına öz minnətdarlıqlarını bildirmişlər.

Keçidlər