Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər Rayon İcra Hakimiyyətində müşavirə keçirilmişdir

16 mart 2023 | 08:44

   Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahovun sədrliyi ilə RİH-də müşavirə keçirilib.
16 mart 2023-cü il tarixində keçirilən müşavirədə Rayon İcra Hakimiyyəti başçısının müavinləri, RİH başçısı Aparatının şöbə müdirləri, qəsəbə İƏD üzrə nümayəndələr, bələdiyyə sədrləri, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.
  Müşavirədə vətəndaş müraciətlərinə baxılması, xüsusən də Şəhid ailələri və Qazilərin sosial qayğılarının öyrənilməsi və operativ həlli istiqamətində müvafiq tədbirlərin görülməsi, şöbələr üzrə verilmiş tapşırıqların icra vəziyyəti, yerlərdə keçirilən səyyar qəbulların təşkili, Xalqımızın mədəniyyətini, milli-mənəvi dəyərlərini özündə yaşadan Novruz bayramı ilə bağlı müvafiq tədbirlərin hazırlanması, bayram günlərində şəhid övladları ilə görüşlərin təşkili, rayon ərazisində görülən təmizlik-abadlıq işlərinin aparılması məsələləri müzakirə olunub.
   Müzakirə olunan məsələlər barədə İcra Hakimiyyətinin başçısı aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıq və tövsiyələrini verib.
   Tədbirdə həmçinin, Xəzər Rayon Ziyalılar Cəmiyyətinin sədri, İctimai Şuranın üzvü, tarixçi alim və professor Səlimov Təvəkkül Qafar oğluna rayonunun ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə  RİH başçısı tərəfindən “Təşəkkürnamə” təqdim olunub.
Xəzər RİH başçısı Elşən Salahov uzunmüddətli səmərəli fəaliyyətinə görə Təvəkkül Səlimova öz təşəkkürünü bildirərək dövlət qulluğunda çalışdığı müddət dövründə rayonun ictimai-siyasi həyatında fəal rol oynadığını, öz diqqətəlayiq davranışı və nəsihətamiz çıxışları ilə gənc nəslin nümayəndələri üçün bir örnək olduğunu diqqətə çatdırıb.
   Tədbirdə çıxış edən Təvəkkül Səlimov ilk növbədə ona göstərilən diqqət və qayğıya görə öz təşəkkürünü bildirərək tədbir iştirakçılarını qarşıdan gələn “Novruz bayramı” münasibətilə təbrik edib, Rayon Ziyalılar Cəmiyyətinin sədri və Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın üzvü kimi hamıya gələcək həyatlarında və fəaliyyətlərində uğurlar arzulayıb.
   Tədbirin sonunda Xəzər RİH başçısı cənab Elşən Salahov bütün tədbir iştirakçılarını qarşıdan gələn “Novruz bayramı” münasibətilə təbrik edib, gələcək həyat və fəaliyyətlərində onlara uğurlar arzulayıb.

Keçidlər