Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər Rayon İcra Hakimiyyətində məşğulluğa kömək göstərən əlaqələndirmə komitəsinin iclası keçirilmişdir.

21 fevral 2023 | 10:26

   17 fevral 2023-cü il tarixdə Xəzər Rayon İcra Hakimiyyəti başçısının Aparatı yanında məşğulluğa kömək göstərən əlaqələndirmə komitəsinin iclası keçirilmişdir.
   İclasda Xəzər Rayon İcra Hakimiyyəti başçısının müavini Əfsar Mirzəliyev, Xəzər RİH-nin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Şahin İskəndərov, Bakı Regional Məşğulluq Filialının müdir müavini Orxan Novruzov, Filialın Təhlil və tərəfdaşlarla iş şöbəsinin müdiri Mehriban Əliyeva və əlaqələndirmə komitəsinin digər üzvləri iştirakı etmişdir.
   İclasda qeyri-rəsmi məşğulluğun qarşısının alınması, rəsmiləşdirilməyən əmək münasibətləri və bu işdə mövcud olan problemlərin aradan qaldırılması, əlaqələndirmə komitəsinin işinin səmərəli təşkil edilməsi, aidiyyəti dövlət qurumları ilə əlaqələndirilməsi və digər məsələlər haqqında müzakirələr aparılmışdır.

Keçidlər