Xəzər Rayon İcra Hakimiyyətində etik davranış qaydaları və “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”ndan irəli gələn vəzifələrin icrası ilə bağlı marifləndirmə tədbiri keçirilib
7 aprel 2023-cü il tarixində Xəzər Rayon İcra Hakimiyyətinin inzibati binasında etik davranış qaydaları və “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”ndan irəli gələn vəzifələrin icrası ilə bağlı marifləndirmə tədbiri keçirilib.
Tədbirdə Rayon İcra Hakimiyyəti başçısı Elşən Salahov, RİH başçısının müavinləri və Aparatın məsul əməkdaşları, qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndələr və bələdiyyə sədrləri və rayonun idarə və müəssisə rəhbərləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan RİH başçısı E.Salahov etik davranış qaydaları və “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”ndan irəli gələn vəzifələrin icrası ilə bağlı geniş məlumat verib və mövzu ətrafında fikir mübadiləsi aparılıb.
Daha sonra çıxış edən Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, etik müvəkkil Elşən Qurbanov dövlət qulluğu sahəsində həyata keçirilən uğurlu siyasətdən, habelə dövlətin idarə olunmasında və dövlət orqanlarının nüfuzunun artırılmasında dövlət qulluqçularının rolundan, dövlətin onlara göstərdiyi diqqət və qayğıdan söz açıb. Qeyd edilib ki, Xəzər Rayon İcra Hakimiyyəti başçısı Aparatında, qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərində il ərzində nəzarət qaydasında dövlət qulluqçularının xidməti davranışlarının müəyyən olunan etik davranış qaydalarına uyğunluğu təhlil edilir, dövlət qulluqçularının hüquqa və hamılıqla qəbul edilmiş etik normalara zidd olan hərəkətlərə yol verməmələri və qərarlar qəbul etməmələri, etik davranış qaydalarının pozulmasının qarşısının alınması üzrə qabaqlayıcı tədbirlər görülür.
Tədbirdə həmçinin Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”ndan irəli gələn vəzifələrə toxunan E.Qurbanov Korrupsiyaya qarşı mübarizənin dövlət siyasətinin başlıca istiqamətlərindən biri olduğunu və Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bu sahədə görülən tədbirlər çərçivəsində korrupsiyaya qarşı mübarizəyə dair milli strategiya və fəaliyyət planlarının qəbul edildiyini diqqətə çatdırılıb.
Tədbirdə çıxış edənlər “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” çərçivəsində görülən işlər və bu istiqamətdə həyata keçirilən tədbirlər barədə məlumat veriblər. Dövlət qurumlarının fəaliyyətində şəffaflığın daha da artırılması, əhaliyə göstərilən xidmətlərin daha da təkmilləşdirilməsi, eləcə də korrupsiyaya qarşı mübarizə ilə bağlı görülən tədbirlərin davamlılığının təmin edilməsinin vacibliyini vurğulayıblar.