Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər Rayon İcra Hakimiyyətində “Dövlət qullugunda vəzifələrin və ehtiyat kadrların idarə edilməsi” mövzusunda təlim keçirilib

22 may 2026 | 17:39

         Azərbaycan Respublikasının Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə Sosial-iqtisadi inkişaf strategiyası”nın icrası ilə əlaqədar olaraq Xəzər Rayon İcra Hakimiyyətində “Dövlət qullugunda vəzifələrin və ehtiyat kadrların idarə edilməsi” mövzusunda təlim keçirilmişdir.

       22 may 2026-cı il tarixində Xəzər Rayon İcra Hakimiyyətinin inzibati binasında təşkil olunmuş təlimdə Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elşən Qurbanov, Aparatın əməkdaşları və Dövlət İmtahan Mərkəzinin əməkdaşı iştirak etmişdir.

      Təlim zamanı iştirakçılara inzibati vəzifələrin müsabiqə, ümumi və daxili müsahibə əsasında tutulması, namizədlərə dair tələblər, müvafiq vəzifələr üzrə qulluq funksiyalarının, vəzifənin tutulma şərtlərinin müəyyən edilməsi, müxtəlif dövrlər üzrə təsdiq edilmiş ali təhsil üzrə ixtisasların uyğunlaşdırılması cədvəli nəzərə alınmaqla təhsilə dair tələbin müəyyən edilməsi, müsahibə proqramlarının hazırlanması ilə bağlı tələblər, habelə “Dövlət qulluğu-Vəzifələrin İdarə edilməsi Sistemi”ndən istifadə və müvafiq sahəyə dair digər məsələlər barədə məlumat verilib.

         Təlimin sonunda iştirakçıların sualları cavablandırılmış, həmçinin tədbirin qiymətləndirilməsi məqsədilə sorğu-anket formaları doldurulmuşdur.

Keçidlər