Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər Rayon İcra Hakimiyyətində “Dövlət qulluğunda korrupsiyaya qarşı mübarizə və etik davranış qaydalarının praktiki tətbiqi məsələləri” mövzusunda təlim keçirilib

09 dekabr 2023 | 12:05

   Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 23 noyabr tarixli 739 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya”nın 8.10.1 bəndinin icrası ilə bağlı Xəzər Rayon İcra Hakimiyyətində “Dövlət qulluğunda korrupsiyaya qarşı mübarizə və etik davranış qaydalarının praktiki tətbiqi məsələləri” mövzusunda təlim keçirilib.
   8 dekabr 2023-cü il tarixində Xəzər Rayon İcra Hakimiyyətinin inzibati binasında keçirilən təlimdə Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elşən Qurbanov, RİH başçısının müavinləri və Aparatın məsul əməkdaşları, qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndələr və Dövlət İmtahan Mərkəzinin əməkdaşı Gündüz Əhmədli iştirak edib.
  Təlimi giriş sözü ilə açan Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, etik müvəkkil Elşən Qurbanov dövlət qulluğu sahəsində həyata keçirilən uğurlu siyasətdən, habelə dövlətin idarə olunmasında və dövlət orqanlarının nüfuzunun artırılmasında dövlət qulluqçularının rolundan, dövlətin onlara göstərdiyi diqqət və qayğıdan söz açıb. Qeyd edilib ki, Xəzər Rayon İcra Hakimiyyəti başçısı Aparatında, qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərində il ərzində nəzarət qaydasında dövlət qulluqçularının xidməti davranışlarının müəyyən olunan etik davranış qaydalarına uyğunluğu təhlil edilir, dövlət qulluqçularının hüquqa və hamılıqla qəbul edilmiş etik normalara zidd olan hərəkətlərə yol verməmələri və qərarlar qəbul etməmələri, etik davranış qaydalarının pozulmasının qarşısının alınması üzrə qabaqlayıcı tədbirlər görülür.
   Daha sonra Dövlət İmtahan Mərkəzi Komissiyasının Dövlət Qulluğu Siyasəti və Dövlət Strategiyası ilə iş sektorunun Aparıcı Məsləhətçisi Gündüz Əhmədli tərəfindən korrupsiyaya qarşı mübarizə və etik davranış qaydalarının praktiki tətbiqi məsələlərinə dair təqdimat nümayiş olunub. Etik davranış qaydaları haqqında qanunun məqsədləri və əhatə dairəsi, vicdanlı davranış, peşəkarlıq və fərdi məsuliyyətin artırılması, loyallıq, ictimai etimad, maraqlar toqquşmasının qarşısının alınması, maddi və qeyri-maddi nemətlərin, imtiyazların və ya güzəştlərin əldə edilməsinə yol verilməməsi, əmlakdan istifadə, “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”na uyğun olaraq korrupsiya ilə əlaqədar hüquqpozmalar və onların subyektləri, məsuliyyət tədbirlərinin həyata keçirilməsi və digər məsələlər ətrafında geniş məlumat verilib.
   Sonda etik davranış qaydaları və korrupsiya ilə əlaqədar hüquqpozmalara aid məsələlər birgə müzakirə edilib, iştirakçıların sualları cavablandırılıb və təlimin qiymətləndirilməsi üçün sorğu-anket forması iştirakçılar tərəfindən doldurulub.

Keçidlər