Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər Rayon İcra Hakimiyyətində 2024-2025-ci illər üzrə payız-qış mövsümünə hazırlığın yekunlarına dair müşavirə keçirilib

29 noyabr 2024 | 11:10

    Xəzər Rayon İcra Hakimiyyətində 2024-2025-ci illər üzrə payız-qış mövsümünə hazırlığın yekunu, görülmüş işlər, mövcud problemlər, eləcə də İcra Hakimiyyətinin, təsərrüfat xidmətlərinin, ayrı-ayrı idarə, müəssisə və təşkilatların qarşısında duran vəzifələrin icrasına həsr olunmuş müşavirə keçirilib.
    Keçirilən müşavirədə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Tağıyev, Şəhər təsərrüfatı şöbəsinin müdiri Ayaz Hüseynov, Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Departamentinin sədri Rəfail Mehralıyev, Xəzər Rayon Polis İdarəsinin rəisi Əli İbrahimov, Xəzər RİHB-nın müavinləri və şöbə müdirləri, rayon üzrə fəaliyyət göstərən idarə-müəssisə, təhsil, səhiyyə və mədəniyyət evlərinin rəhbərləri, RİH başçısının qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndələri və bələdiyyə sədrləri iştirak ediblər.
     Müşavirəni giriş sözü ilə açan Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov payız-qış mövsümünə hazırlıqla bağlı görülmüş işlər haqqında məlumat verərək, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin inkişaf etdiyini, kommunal xidmət sahələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində önəmli işlərin görüldüyünü bildirib.
   Sonra Rayon İcra Hakimiyyəti başçısının müavini Əfsar Mirzəliyev Xəzər rayonunda 2024-2025-ci illər üzrə payız-qış mövsümünə hazırlıqla əlaqədar görülmüş işlər barədə geniş məlumat verərək, qış aylarında havaların kəskin soyuq, qarlı-şaxtalı günlərində qərargah üzvlərinin, rayonun ayrı-ayrı təsərrüfat xidmətlərinin xüsusi rejimdə çalışacağını, yaranan çatışmamazlıqların aradan qaldırılması məqsədilə operativ tədbirlərin görüləcəyini vurğulayaraq, təsərrüfat xidmətlərinin, ayrı-ayrı idarə, müəssisələrin qarşısında duran vəzifələr haqqında geniş məruzə edib.
   Daha sonra Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdirləri Anar Tağıyev, Ayaz Hüseynov və Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfat Departamentinin sədri Rəfail Mehrəliyev çıxış edərək, şəhər təsərrüfatının payız-qış mövsümündə normal fəaliyyətinin təmin edilməsi üçün zəruri tədbirlərin həyata keçirilməsinin vacibliyini, bütün təsərrüfat subyektlərində qışa hazırlığa dair təxirəsalınmaz tədbirlərin görülməsi barədə tövsiyə və tapşırıqları nəzərə çatdırdılar və qışa hazırlıqla bağlı yaradılan qərargah, kommunal və təsərrüfat xidmətləri eyni zamanda aidiyyəti təşkilatların rəhbərlərinin havaların sərt keçəcəyi günlərdə üzərilərinə düşən vəzifələrin tam şəkildə yerinə yetirilməsi üçün hazır olmalarını qeyd ediblər.
    Müşavirədə payız-qış mövsümünə hazırlığın yekun vəziyyəti ilə əlaqədar müzakirələr və fikir mübadiləsi aparılıb. Müzakirələr zamanı məsələlərin həlli ilə bağlı aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
    Sonda müşavirədə yekun nitqlə çıxış edən Elşən Salahov 2024-2025-ci illər üzrə payız-qış mövsümünə hazırlıqla əlaqədar yaradılan qərargahların, kommunal və təsərrüfat xidmətlərinin, ayrı-ayrı idarə, müəssisələrin qarşısında duran vəzifələrin əhəmiyyətini bir daha vurğulayaq, hər bir quruma qarın təmizlənməsi üçün lazımi qədər alət, inventarın (bel, kürək, ling və s.) toplanması, duz ehtiyatının yaradılması, xüsusi texnikaların vəziyyətinin yoxlanılması, eyni zamanda rayon ərazisindəki küçə və məhəllələrin qardan təmizlənməsinə cavabdeh şəxslərin siyahılarının hazırlanıb, bu işlərə kommunal qurumların texnikası ilə yanaşı idarə, təşkilat, bələdiyyə və özəl qurumların da mövcud texnikalarının cəlb edilməsi və qış aylarında yarana biləcək problemlərin operativ şəkildə aradan qaldırılması üçün bütün imkanlardan maksimum istifadə etməsi ilə bağlı tapşırıqlar verib.

Keçidlər